26 Iyl, 2025 13:11
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının gecə saatlarında Ukraynanın Sumı, Xarkov və Dnepr regionlarına zərbələrinin cavabsız qoyulmayacağına söz verib.
FinFly xəbər verir ki, V.Zelenski bu barədə “Telegram”da yazıb.
O qeyd edib ki, Rusiya gecə saatlarında ballistik raketlər və dronlarla zərbələr endirib. "Hücum nəticəsində yaralananlar və həlak olanlar var".
Prezidentin sözlərinə görə, Ukraynanın dinc əhalisinə hücumlar cavabsız qala bilməz.
"Bu zərbələr cavabsız qala bilməz və Ukraynanın uzaqmənzilli dronları bunu təmin edir. Rusiyanın hərbi müəssisələri, logistikası və hava limanları bu ölkənin apardığı müharibənin real nəticələrini hiss etməlidir", - V.Zelenski əlavə edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
