Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Yelo Bank 31 mln. manat xalis mənfəət əldə edib - FinFly

“Yelo Bank” ASC 2025-ci ili 31,3 milyon manat xalis mənfəətlə başa vurub.

FinFly bankın hesabatına istinadən xəbər verir ki, bu 2024-cü illə müqayisədə 28 faiz azalma deməkdir.

Bankın xalis faiz gəlirləri 109 milyon manat təşkil edərək əvvəlki ilə nisbətən 16 faiz artıb.

Qeyri-faiz gəlirləri isə 36 faiz azalararaq 20 milyon manata düşüb.

Xalis əməliyyat mənfəəti 38 milyon manat olub.

Bankın aktivləri 1,52 milyard manata çataraq 19 faiz artıb.

Depozitlər 1,09 milyard manat olub, 18 faiz artaraq əsasən fiziki şəxslərin depozitləri ilə dəstəklənib. Müştərilərə verilmiş kreditlər 1,06 milyard manata yüksələrək 16 faiz artım göstərib, istehlak və biznes kreditləri bankın portfelinin əsas hissəsini təşkil edir.