Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ənənəvi “Bankçılıq Mükafatları – 2024” ün qalibləri müəyyən olunub və Yelo Bank 3 nominasiyada mükafatlandırılıb.
FinFly xəbər verir ki, Yelo Bank 2024-cü il ərzindəki fəaliyyətinə görə “Korporativ sosial məsuliyyət”, “Təhsil dəstəkçisi” və “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” nominasiyalarında mükafata layiq görülüb.
Qeyd edək ki, Bank ötən il ərzində sözügedən istiqamətlər üzrə bir çox layihəyə imza atıb. Korporativ sosial məsuliyyət, təhsilə dəstək və dayanıqlı inkişaf sahələrindəki fəaliyyətləri, Yelo Bank-ın strateji prioritetlərinin mərkəzində yer alır. Bank gələcəkdə də bu və bir sıra istiqamətlər üzrə həm müştərilərinə, həm də cəmiyyətə faydalı layihələri reallaşdırmağa davam edəcək.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
