23 Iyn, 2025 14:00
İran mütəmadi olaraq bütün məsələlərdə Rusiya ilə məsləhətləşir.
FinFly xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Biz [İran] bütün məsələlərdə rusiyalı həmkarlarımızla daim və müntəzəm olaraq məsləhətləşirik”, - deyə Əraqçi bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə eskalasiya ABŞ və İsrailin İrana qarşı hərəkətlərinə görə artır.
"Bizim görüşümüz regionda [Yaxın Şərqdə] böhranların kəskinləşdiyi bir vaxtda keçirilir. İsrail və ABŞ-ın obyektlərimizə hücumu ilə eskalasiya səviyyəsinin hər gün artdığını görürsünüz", - deyən Əraqçi bunları "qanunsuz" adlandırıb.
"Bu hərəkətlər beynəlxalq normaları pozur. Biz öz suverenliyimizi müdafiə edirik", - deyə qeyd edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
