Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Trampın yaxın günlərdə görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
FinFly xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüşün keçirilməsi barədə razılıq əldə olunub. Tərəflər görüşün hazırlanmasına başlayıblar", - o qeyd edib.
Rusiya Prezidentinin köməkçisi bildirib ki, növbəti həftə iki prezidentin görüşü üçün təxmini vaxt kimi müəyyən edilib.
Y.Uşakovun sözlərinə görə, görüşün keçiriləcəyi yer də razılaşdırılıb, lakin bu bir qədər sonra elan ediləcək.
O əlavə edib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Putin, Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüş ideyasını qaldırıb, lakin Moskva buna şərh verməyib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
