Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
VTB (Azərbaycan)-ın İdarə Heyətinə yeni təyinat - FinFly

Bank VTB (Azərbaycan) ASC-də yeni təyinat olub.

FinFly xəbər verir ki, Yaşar Kərimov VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü və Pərakəndə biznesin inkişafi departamentinin direktoru təyin edilib.

Yaşar Kərimov 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayına kimi “Unibank”da Pərakəndə biznes üzrə Baş inzibatçı, 2019-cu ilin dekabrından 2024-cü ilin mart ayına kimi  “Yelo Bank”da müxtəlif vəzifələrdə çalışıb.

Yaşar Kərimov bank sahəsində 20 ildən çox təcrübəyə malikdir. O, Azərbaycan Dövlət İqtisad Universitetində “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə bakalavr və magistr təhsili alıb.