01 May, 2025 14:28
Suxumi hava limanına uçuşlar təşkil edən Rusiya aviaşirkətləri Gürcüstanda fəaliyyət göstərə bilməyəcək.
FinFly xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Gürcüstanda xarici şirkətlərin Tbilisinin razılığı olmadan Abxaziya və Cənubi Osetiyada kommersiya fəaliyyəti ilə məşğul olmasını qadağan edən qanun var.
“Qanunu pozan şirkətlər, təbii ki, Gürcüstanda fəaliyyət göstərə bilməyəcəklər. Buna əsaslanaraq əlimizdə olan bütün vasitələrdən istifadə edirik”, - o deyib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
