26 Ynv, 2026 09:23
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri yer alan sənədi tam hazırdır və Kiyev onun imzalanacağı tarix, yerin müəyyən edilməsini gözləyir.
FinFly xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski Litvanın paytaxtı Vilnüsə səfəri zamanı mətbuat konfransında bildirib.
Ukrayna lideri qeyd edib ki, 24 yanvarda Əbu-Dabidə Rusiya ilə aparılan danışıqlarda müəyyən irəliləyişə nail olunub. "Bizim üçün təhlükəsizlik zəmanətləri ilk növbədə ABŞ-nin təhlükəsizlik zəmanətləridir. Sənəd 100 % hazırdır və biz tərəfdaşlarımızdan onun imzalanacağı tarix və yerin təsdiqlənməsini gözləyirik", - Zelenski vurğulayıb.
O həmçinin bildirib ki, sənəd imzalandıqdan sonra ratifikasiya üçün ABŞ Konqresinə və Ukrayna parlamentinə göndəriləcək.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
