ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına hücum etdiyinə inanmadığını bildirib.
FinFly "Reuters"ə istinadən xəbər verir ki, Tramp Putinin iqamətgahına dron hücumu ilə bağlı jurnalistlərə açıqlamasında, ümumiyyətlə, belə bir zərbənin baş verdiyinə inanmadığını deyib.
“Yaxınlıqda həqiqətən nəsə baş verib, amma bunun onunla heç bir əlaqəsi olmayıb”, – ABŞ Prezidenti əlavə edib.
O, eyni zamanda, niyə əvvəlcə Putinə inanaraq Ukraynanı günahlandırdığına aydınlıq gətirib: “Mən bunu ilk dəfə məhz həmin anda eşitdim. O, (Putin-red.) dedi ki, onun evi hücuma məruz qalıb. Biz indi bunun baş verdiyinə inanmırıq – ən azı indi, bunu yoxlaya bildikdən sonra. Amma o vaxt biz bunu, ümumiyyətlə, ilk dəfə eşidirdik”.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
