Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Ukrayna nümayəndələrinin görüşü başa çatıb.
FinFly xəbər verir ki, bu barədə müdafiə naziri və Ukrayna nümayəndə heyətinin başçısı Rüstəm Umerov sosial şəbəkədə bildirib.
O, müzakirələrin “məhsuldar və konkret” olduğunu vurğulayıb, tərəflər enerji də daxil olmaqla əsas məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
“Prezident Volodimir Zelenskinin məqsədi ölkəmiz və xalqımız üçün və daha geniş mənada bütün Avropa üçün ədalətli və davamlı sülh təmin etməkdir. Biz bu məqsədi reallığa çevirmək üçün çalışırıq”, – Umerov qeyd edib.
Müdafiə nazirindən başqa, danışıqlarda Ukrayna Prezidentinin Ofisinin rəhbər müavini Pavlo Palisa da iştirak edib. Amerika nümayəndə heyətinə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçi Kit Kelloq və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltsın köməkçiləri daxil olub.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
