25 Noy, 2025 16:58
Ukrayna Silahlı Qüvvələri və Təhlükəsizlik Xidməti Rusiyanın Novorossiysk şəhərinə gecə saatlarında pilotsuz uçuş aparatları ilə hücum nəticəsində neft terminalını və desant gəmisini zədələyib.
FinFly xəbər verir ki, bu barədə Ukrayna mətbuatı Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələr neft terminalının infrastrukturuna və S-300/S-400 HHM sistemlərinin mövqelərinə zərbələrin endirildiyi barədə məlumat verirlər. İlkin məlumatlara görə, hərbi dəniz bazasının körpüsündə olan böyük desant gəmisi də zədələnib.
Qeyd edək ki, Novorossiysk limanı Rusiyada neft ixracının ikinci ən böyük mərkəzi və Rusiyanın Qara dəniz donanmasının əsas bazasıdır.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
