Ukraynalılar torpaqlarını Rusiyaya verməyəcəklər.
FinFly xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Ukraynanın ərazi məsələsinin cavabı artıq Ukrayna Konstitusiyasında var. Bundan heç kim geri çəkilməyəcək", - o deyib.
Zelenski vurğulayıb ki, Ukrayna sülhə gətirib çıxaracaq real qərarlara hazırdır. Lakin onun fikrincə, Ukraynaya qarşı yönələcək və Ukraynasız istənilən qərar sülhün əldə olunmasına mane olacaq.
"Onlar (Ukraynasız qərarlar – red.) heç nə verməyəcəklər. Onlar ölü qərarlardır, heç vaxt işləməyəcək. Bizim hamımıza isə insanların hörmət edəcəyi real, canlı sülh lazımdır. Biz Prezident Trampla, bütün tərəfdaşlarla birlikdə real və ən əsası, davamlı sülh - Moskvanın istəkləri üzündən pozulmayacaq sülh üçün işləməyə hazırıq", - Ukrayna Prezidenti əlavə edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
