Türkiyə-İran sərhədində insanların keçidi qarşılıqlı şəkildə dayandırılıb.
FinFly xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə-İran sərhədində yerləşən Ağrı–Gürbulak, Van–Kapıköy və Hakkari–Esendere sərhəd buraxılış məntəqələrində hər hansısa bir fövqəladə vəziyyət mövcud deyil. Hər üç gömrük buraxılış məntəqəsi üzrə İran tərəfi ilə ticarət yüklərinin keçidi nəzarətli şəkildə davam edir.
Həmçinin, vurğulanıb ki, sözügedən məntəqələrdə gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb: "İran öz vətəndaşlarının Türkiyə üzərindən ölkələrinə qayıtmasına icazə verir. Türkiyə isə öz vətəndaşlarının və üçüncü ölkə vətəndaşlarının İrandan ölkəyə girişinə icazə verməkdədir".
Qeyd edək ki, fevralın 28-dən etibarən İsrail-ABŞ və İran arasında qarşılıqlı hava hücumları davam edir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
