
29 Mar, 2025 11:59
Türkiyə tənzimləyici orqanı Rusiyaya məxsus RuTube video platformasının ölkə ərazisində bloklandığını açıqlayıb.
FinFly-ın məlumatına görə, bu barədə Türkiyə mediası xəbər verir.
Şənbə günü RuTube saytı Türkiyədə açılmır, müxtəlif mobil operatorlar və internet provayderləri tərəfindən giriş bloklanıb.
Saytı açmağa cəhd edərkən bloklanma barədə mesaj görünür:
"Rutube.ru saytına giriş 25 fevral 2025-ci il tarixində yerli qurumların qərarı ilə bloklanıb", - deyə bildirilir.
Bundan əlavə, istifadəçilərə sayt əvəzinə Türkiyə Cinayət Məcəlləsindən çıxarışlar nümayiş etdirilir və "qanunsuz qumar oyunlarının terrorizmin maliyyələşdirilməsi üçün istifadə oluna biləcəyi" barədə xəbərdarlıq edilir.