05 May, 2025 11:44
Türkiyədə illik inflyasiya yenidən azalıb.
FinFly Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin aprel ayında illik inflyasiya 37,86 faiz təşkil edib. Mart ayında bu rəqəm 38,1 faiz təşkil etmişdi. Aprel ayında ayında istehlak qiymətləri əvvəlki aya görə 3 faiz artıb.
Qeyd edək ki, son bir ildə ərzaq və alkoqolsuz içkilər üzrə 36,09 faiz, nəqliyyatda 22,76 faiz, mənzillərdə isə 74,07 faiz artım müşahidə olunub.
Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5 faizə çatmışdı, ötən il isə bu göstəricinin ən yüksək səviyyəsi - 75,45 faizlə may ayında qeydə alınıb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
