Türkiyədə İstanbul meri Əkrəm İmamoğlunun saxlanılmasından sonra bir neçə sosial şəbəkəyə - “X”, “Youtube”, “TikTok” və “Instagram”a giriş məhdudlaşdırılıb.
FinFly xəbər verir ki, bu barədə “NetBlocks” monitorinq resursu məlumat yayıb.
Məlumata görə, Ə.İmamoğlu saxlanılmazdan əvvəl video paylaşıb və orada mübarizəsini davam etdirəcəyini deyib.
Qeyd edək ki, onu korrupsiyaya qarşı aparılan istintaq çərçivəsində saxlayıblar.
İddia olunur ki, Ə.İmamoğluna yaxın olan bəzi bələdiyyə məmurları "İstanbul bələdiyyəsi ilə əlaqəli olan “Medya A.Ş.” və “Kültür A.Ş.” şirkətlərinə xidmətlərin alınması üçün yüksək qiymətlər təklif ediblər. Prokurorluğun fikrincə, bu şirkətlər real dəyərindən çox yüksək qiymətlərlə sifarişlər alıblar. Eyni zamanda, şantaj və rüşvət halları da müzakirə olunur.
Baş Prokurorluq ona və daha 100-dən çox şəxsə qarşı korrupsiya, rüşvətxorluq və terrorçularla əməkdaşlıq ittihamları irəli sürüb.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
