İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Türk Ticarət Mərkəzinin vasitəçiliyi ilə Azərbaycanda işgüzar səfərdə olan bir qrup iş adamı ilə görüş keçirilib.
FinFly bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Türkiyədə tekstil, inşaat, İKT, istehsal (mebel, lift, qida), o cümlədən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilən görüş zamanı ölkəmizdə investisiya qoyuluşlarının dəstəklənməsi sahəsində vergi və gömrük inzibatçılığına dair məsələlər müzakirə edilib.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov biznes nümayəndələrinin vergi qanunvericiliyinə dair suallarını cavablandırıb, xüsusilə işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə tətbiq edilən vergi güzəştləri, o cümlədən digər sahələr üzrə təşviqlər barədə görüş iştirakçılarını məlumatlandırıb. Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu təqdimat keçirib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
