Turizm sahəsi İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında qarşılıqlı fəaliyyətin ən vacib və perspektivli istiqamətlərindən biridir.
FinFly xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, İƏT-ə üzv dövlətlər arasında tekstil sektoru əməkdaşlığın inkişafı üçün cəlbedici istiqamətlər sırasındadır: "Çünki təşkilatın bütün ölkələri bu sahədə böyük təcrübəyə malikdir".
O, İƏT-in Baş katibinin ölkələr arasında ticarətin təşviqi üçün strukturlar arasında mübadilə platformasının yaradılması təklifini yüksək qiymətləndirib: "Bu istiqamətdə tərəflər gələcək əməkdaşlıq üçün iş aparacaqlar. Bundan başqa, gələcəkdə birgə sərgilərinin keçirilməsi də istisna deyil".
Abdullayev əlavə edib ki, növbəti görüşlərdə nəqliyyat-logistika əlaqələrinin inkişafı məsələsinə diqqət yetiriləcək.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
