"Tramp Marşrutu" (TRIPP - Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməli olan 42 kilometrlik hissəsi) layihəsinin vaxtında həyata keçirilməsi Cənubi Qafqaz regionu üçün birinci dərəcəli əhəmiyyətə malikdir.
FinFly xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında çıxışı zamanı bildirib.
Bayramov vurğulayıb ki, bu multimodal marşrut dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə edəcək.
"TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməli, həmçinin Ermənistan üçün fayda gətirməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılması (regionda - red.) yalnız Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlığının təmin edilməsi ilə məhdudlaşmır, həm də daha böyük miqyasda əhəmiyyətli faydalar gətirir", - Azərbaycan XİN başçısı bildirib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
