09 Apr, 2025 21:47
ABŞ administrasiyası dərhal Çinə ticarət tariflərini 125 faizə qədər artırır.
FinFly xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
"Çinin qlobal bazarlara hörmət etmədiyini nəzərə alaraq, mən ABŞ-nin tətbiq etdiyi rüsumları dərhal 125 faizə qaldırıram", - Tramp qeyd edib.
Bundan əvvəl Tramp qeyd edib ki, Çin uzun müddətdir davam edən “ticarət pozuntuları”na əlavə olaraq sabaha qədər 34 faizlik artımı ləğv etməzsə, ABŞ aprelin 9-dan etibarən Çinə əlavə 50 faizlik tarif tətbiq edəcək.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
