
04 May, 2025 23:18
ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət münasibətlərinin davam etməsi üçün müəyyən mərhələdə bu ölkəyə qarşı idxal rüsumlarını azaldacağını bildirib.
FinFly xəbər verir ki, bu barədə ABŞ lideri NBC News telekanalına verdiyi müsahibədə danışıb.
“O rüsumları müəyyən vaxtda azaldacağam, çünki əks halda onlarla (Çinlə) biznes qura bilmərik”, – deyə Tramp sualı cavablandırarkən bildirib. O, bunun nə vaxt baş verəcəyinə dair konkret zaman çərçivəsi göstərməyib.
Onun sözlərinə görə, Çin ABŞ ilə ticarət aparmaqda “çox maraqlıdır”, çünki hazırda Çin iqtisadiyyatı “özünü çox pis hiss edir”.
Son xəbərlər
-
20 Iyn, 2025
Sabah pensiyalar tam ödəniləcək...
-
20 Iyn, 2025
Azərbaycan nefti bahalaşıb...