ABŞ vətəndaşları və ölkənin müttəfiqləri dərhal İranı tərk etməlidirlər.
FinFly CNN telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Detroytdakı "Ford" şirkətinin avtomobil zavoduna səfəri zamanı bildirib.
"Mən deyərdim ki, İrandan getmək pis fikir deyil", - deyə o, ABŞ vətəndaşlarının İranı tərk etməsinin zəruriliyi barədə suala cavab verib.
Jurnalistlərin "Truth Social"da "Yardım artıq yoldadır" sözlərinin nəyi nəzərdə tutduğu sualına ABŞ lideri cavab verib: "Bağışlayın, siz bunu özünüz müəyyənləşdirməli olacaqsınız".
Dekabr ayının sonunda İslam Respublikasında dərin iqtisadi böhran fonunda bu günə qədər səngimək bilməyən kütləvi etirazlar başlayıb. Tramp bundan əvvəl ABŞ-nin ölkədəki nümayişlər fonunda İrana zərbələr endirə biləcəyini istisna etməyib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
