Ticarət müharibəsi hələ bitməyib, lakin bir çox ölkə ABŞ ilə ticarət razılaşmaları əldə etmək istəyir.
FinFly xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Jurnalistlərin ticarət müharibəsi və ticarət danışıqlarına hazır ölkələrlə bağlı suallarını cavablandıran dövlət başçısı vurğulayıb ki, hələ heç nə yekunlaşmayıb, lakin Çin də daxil olmaqla, digər ölkələrdən çox böyük diqqət var.
Dövlət başçısı gömrük rüsumlarının artırılmasının səbəblərindən də danışıb. "ABŞ-yə münasibətdə dünya ticarətində baş verənlər dayanıqlı deyildi. Kimlərsə tətiyi çəkməli idi. Mən tətiyi çəkməyə qərar verdim. Bu, çoxdan edilməli idi", - dövlət başçısı əlavə edib.
Trampdan niyə 90 gün ərzində qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını dayandırmaq qərarına gəldiyi soruşulub. "Mənə elə gəlir, tarif elanlarından sonra insanlar öz elementlərindən bir qədər uzaqlaşırlar. Onlar bir az əsəbiləşir, bir az qorxurdular, çünki qarşıda bizi çox iş gözləyir. Mənim etdiyimi başqa heç bir prezident etməzdi", - o, cavab verib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
