Gələn həftə Tehranda İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iclası keçiriləcək.
FinFly "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bununla bağlı İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzen İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə məlumat verib.
O bildirib ki, görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin də iştirakı gözlənilir.
Pirmoəzzen daha sonra iki ölkə arasında Biləsuvar Azad Ticarət və Sənaye Bölgəsində logistika limanı və birgə sənaye şəhərciyinin yaradılması nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu layihələr İran və Azərbaycan prezidentlərinin razılığı və Birgə İqtisadi Komissiyanın təsdiqi ilə həyata keçiriləcək. Hazırda razılaşmaların icrası ilə bağlı texniki proseslər davam etdirilir.
Pirmoəzzen qeyd edib ki, Ərdəbil-Bakı dəmir yolunun istifadəyə verilməsi də bölgənin kənd təsərrüfatı ixracatı üçün yeni imkanlar açacaq. Onun fikrincə, bu dəmir yolu Rusiyaya çıxışı asanlaşdıracaq və logistik xərcləri əhəmiyyətli dərəcədə azaldacaq.
İran-Azərbaycan Birgə Ticarət Palatasının rəhbəri həmçinin vurğulayıb ki, kommersiya yük maşınlarının sərhəddə gözləmə müddəti bir həftədən 48 saata endirilib. Gömrük əməliyyatlarının 24 saatlıq rejimə keçməsi halında daşımaların həcmi daha da artacaq.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
