21 May, 2025 13:48
TDT ölkələrinin vətəndaşları üçün səyahətin asanlaşdırılması nəzərdə tutulur.
FinFly xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkialtının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Budapeştdə keçirilən TDT Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə deyib.
O qeyd edib ki, bu asanlaşdırma türk dövlətlərinin vətəndaşlarının TDT ölkələrinə sadəcə şəxsiyyət vəsiqəsi ilə səyahət edə bilmə imkanından ibarətdir.
"Azərbaycan və Türkiyə arasında bu layihə icra edilir. Yaxın gələcəkdə bunun digər ölkələrə də şamil edilməsi planlaşdırılır", - deyə, o qeyd edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
