
01 May, 2025 12:32
İran və Azərbaycan arasında Təbriz-Bakı və əks istiqamətdə hava reysləri bərpa olunur.
FinFly xəbər verir ki, bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisi Bəhram Sərməst deyib.
"İran və Azərbaycan arasında Təbriz-Bakı və əks istiqamətdə hava reyslərinin yenidən bərpa olunması diqqət mərkəzində saxlanılır", - o bildirib.
Onun sözlərinə görə, uçuşlar səfərlərin sadələşdirilməsi və ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində baş tuta bilər.
Sərməst deyib ki, bu vasitə ilə həm hər iki ölkənin vətəndaşları, həm də iş adamları asanlıqla Təbriz və Bakıya səfər edə biləcəklər.
Son xəbərlər
-
05 May, 2025
Türkiyədə illik inflyasiya enib...
-
05 May, 2025
ADY konteyner daşımalarını 50%-dən çox artırıb...
-
05 May, 2025
Latviya TRACECA-da müşahidəçi statusu aldı...
-
05 May, 2025
Qızıl bahalaşıb...