15 Apr, 2025 21:42
Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək.
FinFly xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra çıxışında deyib.
O bildirib ki, artıq Suriyada yeni mərhələ başlayıb: "Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək".
Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə IV Antalya Diplomatiya Forumunda Suriya və Qəzza başda olmaqla regional məsələlərlə bağlı konkret mövqe ortaya qoyub:
"Fələstin xalqının yanında olduğumuzu bütün dünyaya bəyan etdik. Suriyadakı mənafeyimizin qorunması ilə bağlı tərəddüd etməyəcəyimizi təkrar etdik. Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda başa çatması üçün əlimizdən gələni edəcəyimizi diqqətə çatdırdıq".
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
