23 Iyl, 2025 14:02
Suriya daxili təhlükəsizliyi təmin, müdafiə qabiliyyətini gücləndirmək üçün Türkiyədən rəsmən hərbi dəstək istəyib.
FinFly xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Suriya hakimiyyəti ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və bütün terror təşkilatlarına, xüsusilə də İŞİD-ə qarşı mübarizədə dəstək üçün Türkiyəyə rəsmi müraciət edib. Bu tələbə uyğun olaraq, Türkiyə Suriya ordusunun təlimi, məsləhətləşmələr və Suriyanın müdafiə qabiliyyətinin artırılması üçün texniki dəstək göstərməyə davam edəcək", - nazirlik bildirib.
Açıqlamaya görə, Türkiyənin prioritet məqsədi Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü dəstəkləmək, eləcə də bölgədə davamlı sülhü təmin etməkdir.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
