Süni intellektlə kiberhücmlar təhlükəsizlik tədbirlərini daha da çətinləşdirir.
FinFly xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov Bakıda keçirilən "Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı" tədbirində deyib.
O bildirib ki, Süni intellekt kibertəhlükəsizlikdə böyük imkanlar təqdim edir, bununla yanaşı, süni intellekt bu sahədə yeni risklər də yaradır:
"Süni intellektdən informasiya təhlükəsizliyini təmin etmək üçün istifadə edilməsi məlumat analitikası, anomaliya aşkarlanması və kiberhücumların erkən mərhələdə aşkar edilməsi kimi sahələrdə böyük irəliləyişlərə səbəb olub".
Lakin, İsmayılovun sözlərinə görə, süni intellektin, həmçinin, hücumlarda istifadə olunması riski də mövcuddur.
"Kiberhücmlara məruz qalan şəbəkələrə qarşı süni intellektlə həyata keçirilən hücumlar təhlükəsizlik tədbirlərini daha da çətinləşdirir və mübarizəni daha da mürəkkəbləşdirir", - deyə general-mayor Allahverən İsmayılov əlavə edib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
