10 Snt, 2025 18:49
Sumqayıt Sənaye Parkının rezidenti "Sika" MMC ilk dəfə Gürcüstana 100 ton həcmdə müxtəlif növ tikinti məhsullarının ixracına başlayıb.
FinFly bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Məlumata görə, şirkət 2016-ci ildə Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İsveçrə kapitallı şirkətin investisiya həcmi 10,3 milyon manat təşkil edir. Müəssisədə 70 nəfərə yaxın daimi iş yeri yaradılıb. 2018-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla şirkət tərəfindən 80 milyon manatlıq məhsul satışı həyata keçirilib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
