Sosial şəbəkələrdə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə FinFly Daxili İşlər Nazirliyindən məlumat əldə edib.
Bildirilib ki, Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə dələduzluq edərək vətəndaşların kart hesablarını talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb.
Araşdırmalarla məlum olub ki, Teymurxanov "Instagram"da ayrı-ayrı vətəndaşların şəxsi məlumatlarını öyrənəndən sonra onların dostluğundakı şəxslərə mesaj yazaraq kart məlumatlarını ələ keçirib. O, bu yolla külli miqdarda pul vəsaitini oğurlayaraq öz hesabına köçürüb.
Faktlarla bağlı araşdırmalar aparılır. Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
