Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
SOCAR və "TotalEnergies" "Abşeron" yatağının tammiqyaslı işlənməsini müzakirə edib - FinFly

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "TotalEnergies" şirkəti arasında "Abşeron" qaz-kondesat yatağının tammiqyaslı işlənməsini müzakirə edilib.

FinFly SOCAR-a istinadən xəbər verir ki, bumüzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının və Yaşıl Enerji Məşvərət Şurasının iclasları çərçivəsində "TotalEnergies" şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşündə aparılıb.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə icra olunan enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində önəmi qeyd olunub. Tərəflər birgə həyata keçirilən layihələrin icra vəziyyətini, o cümlədən "Abşeron" qaz-kondensat yatağında əməliyyat fəaliyyətinin nəticələrini və yatağın tammiqyaslı işlənməsi ilə bağlı görülən işləri nəzərdən keçiriblər.

Söhbət zamanı enerji təhlükəsizliyi, rəqəmsallaşma, dayanıqlı inkişaf prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.