
04 May, 2025 12:26
Böyük Britaniyanın neft və qaz nəhəngi Shell digər neft və qaz şirkəti olan "bp"-ni almaq imkanını nəzərdən keçirir.
FinFly xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Qeyd olunub ki, yekun qərar hələ verilməyib. Bu, "bp"-nin səhmlərinin ucuzlaşmasının davam edib-etməməsindən asılı olacaq. Bloomberg vurğulayıb ki, son bir il ərzində onlar öz dəyərinin üçdə birini itiriblər.
"bp"-nin hazırda bazar dəyəri 56 milyard funt-sterlinq (təxminən 74 milyard ABŞ dolları), Shell-ın isə 149 milyard funt-sterlinqdir (təxminən 197 milyard ABŞ dolları).
Rəqib olan bu korporasiyaların mümkün birləşməsi neft-qaz sənayesi tarixində ən böyük satınalmalardan biri olacaq.
Son xəbərlər
-
05 May, 2025
Türkiyədə illik inflyasiya enib...
-
05 May, 2025
ADY konteyner daşımalarını 50%-dən çox artırıb...
-
05 May, 2025
Latviya TRACECA-da müşahidəçi statusu aldı...
-
05 May, 2025
Qızıl bahalaşıb...
-
05 May, 2025
Dünya bazarında neftin qiyməti ucuzlaşıb...