İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) səhər saatlarında İsrailin İran ərazisinə endirdiyi hava hücumlarına cavab olaraq "Vədi Sadiq 3" (Va'de-ye Sadeq 3) adlı hərbi əməliyyata başladığını rəsmən elan edib.
FinFly xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi İRNA məlumat yayıb.
SEPAH mətbuat xidmətinin açıqlamasında bildirilir ki, əməliyyat Qədir-Xum bayramı gecəsi keçirilir. İsrailin onlarla hərbi obyektinə və hava bazasına zərbələr endirilir.
Rəsmi bəyanatda deyilir: "Sionist rejimin komandirlərimizin, alimlərimizin və mülki şəxslərin, xüsusilə də uşaqların həlak olması ilə nəticələnən təcavüzünə cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu xalqın dəstəyi və Ali Rəhbərin rəhbərliyi ilə düşmənin hərbi hədəflərinə qarşı sarsıdıcı əməliyyata başlayıb".
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
