
01 Snt, 2025 14:34
Azərbaycanda sentyabrın 2-də 35 dərəcə isti gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən FinFly-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 dərəcə , gündüz 35-40 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.
Son xəbərlər
-
01 Snt, 2025
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayır...
-
01 Snt, 2025
Azərbaycanda kreditlər 30 milyardı keçdi...
-
01 Snt, 2025
Azərbaycan XİN Özbəkistanı təbrik edib...