İyulun 3-də Qırğızıstan Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək 17-ci sammitində iştirak etmək üçün Azərbaycana ikigünlük işgüzar səfər edəcək.
FinFly-nin Qırğızıstan KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Saqinbek Abdumutalip deyib.
Sammitin mövzusu "Etibarlı və İqlimə Dayanıqlı Gələcək üçün İƏT-ə yeni baxış"-dır.
"Tərəflər təşkilatın gündəliyindəki cari məsələləri, o cümlədən iqlim dəyişikliyinin qarşısının alınması üçün üzv dövlətlərin gördüyü tədbirləri müzakirə edəcəklər", - Abdumutalip qeyd edib.
Japarovun səfəri zamanı Qırğızıstan tərəfi tərəfindən Ağdam rayonunda inşa edilmiş "Aykol Manas" məktəbinin rəsmi açılışı da baş tutacaq.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
