Azərbaycanda sadələşdirilmiş vergi ödəyiciləri ilə bağlı limit artırıla bilər.
FinFly xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, layihə hazırda dövlət orqanlarında müzakirə edilir.
"Sadələşmiş vergi məsələsi üzrə işlər davam edir. Hazırda hökumətdə müzakirə olunan layihələrdən biri də 200 min manat limitin artırılmasıdır. Yeni mexanizm təklif edilir. Əgər sadələşdirilmiş vergi ödəyicisi öz dövriyyəsinin bəlli hissəsini nağdsız əməliyyatlarla icra edirsə, onda onun limiti 50 faiz artırıla bilər. Bu təklif var, vergi orqanları ilə nazirlik tərəfindən müzakirə aparılır", - deyə Babayev bildirib.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
