Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Sabah leysan yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək - FinFly

Bakıda və Abşeron yarımadasında mayın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə FinFly Milli Hidrometeorologiya Xidmətindən məlumat əldə edib.

Bidirilib ki, mayın 14-dən 15-nə keçən gecə və axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.