Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən FinFly əldə etdiyi məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
