17 May, 2025 11:42
Rusiya quru yük gəmisində Bosfor boğazında nasazlıq baş verib və o, yedəklənərək limana gətirilib.
FinFly xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsi RİA Novosti-yə açıqlamasında deyib.
"Rusiyadan Misirə gedən 142 metr uzunluğundakı Azov Forward adlı quru yük gəmisinin Arnavutköy rayonu yaxınlığında sükanı sıradan çıxıb", – deyə idarədən bildirilib.
Sent-Kits və Nevis bayrağı altında üzən gəmi təhlükəsiz şəkildə Ahırkapı limanına yedəklənib. Hadisə digər gəmilərin hərəkətinə təsir etməyib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
