
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün mümkün istiqamətlərdən biri kimi İmişli (Azərbaycan), Parsabad və Ərdəbil (İran) üzərindən keçərək Qum, Bavk və İranın Bəndər-Abbas limanına çıxışı olan marşrut nəzərdən keçirilib.
FinFly xəbər verir ki, bu barədə VTB Bankının prezidentinin müşaviri, və "VTB-Layihə Ofisi" MMC-nin baş direktoru Andrey Nikitçenko Bakıda keçirilən "Avrasiyanın nəqliyyat çərçivəsinin formalaşdırılması və bu prosesdə Azərbaycanın mühüm rolu" mövzusunda beynəlxalq dəyirmi masada deyib.
Onun sözlərinə görə, bu alternativ marşrutun hazırlanması zərurəti, İranda dəmir yolu şəbəkəsinin bəzi hissələrində mövcud olan geoloji və geodezik çətinliklər də daxil olmaqla, bir sıra məhdudiyyətlərlə bağlıdır.
“Belə bir marşrut həqiqətən də nəzərdən keçirilib. Lakin hələlik yekun qərar verilməyib. Mövcud marşrutların hər birinin öz üstünlükləri və çatışmazlıqları, dəstəkçiləri və əleyhdarları var. Layihə təşkilatının vəzifəsi – texniki, iqtisadi və digər amillər nəzərə alınmaqla qərar qəbul edən şəxslərə əsaslandırılmış seçim təqdim etməkdir,” – deyə Nikitçenko qeyd edib.
O əlavə edib ki, bu mərhələdə marşrutlarla bağlı müzakirələr davam edir və əlavə detalları açıqlamaq hələ mümkün deyil.
Son xəbərlər
-
20 Iyn, 2025
Sabah pensiyalar tam ödəniləcək...
-
20 Iyn, 2025
Azərbaycan nefti bahalaşıb...