Bloger Subo (əsl adı - Sübhan Məmmədov), xüsusilə böyük məbləğdə - 50 milyon rubl vergi ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda şübhəli bilinərək axtarışa verilib.
FinFly Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.
O, 10 ilədək azadlıqdan məhrum edilə bilər.
"Hazırda bloger axtarışa verilib", - məlumatda bildirilib.
KİV-in məlumatlarına görə, Subonun ona kömək edən qohumları saxlanılıb. Ev dustaqlığı qardaşı Samir Məmmədova təyin edilib, o, “Samo” təxəllüsü ilə blogerlik edir, atasına isə ölkədən çıxmamaq barədə iltizam verilib.
Qeyd olunur ki, 2020-ci ildən 2022-ci ilə qədər Sübhan və onun qohumları vergilərdən yayınıblar. Onlar fərdi sahibkar və ya hüquqi şəxs kimi qeydiyyatdan keçmədən bloq vasitəsilə milyonlar qazanıblar. Bundan əlavə, qeyd olunur ki, onlar gəlirdən 10 milyon məbləğində “Lamborghini” alıblar.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
