12 Apr, 2025 16:45
Rusiya, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına dəstək verməyə hazırdır.
FinFly-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir:
"Rusiya tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması prosesinə dəstək göstərməyə hazır olduğunu təsdiqləyib. 2020–2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli razılaşmalar kompleksinin tam şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb".
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
