Rəsmi Ər-Riyad artıq təhlükəsizlik sahəsində ABŞ-yə güvənmək istəmir və yeni alyanslar qurmaq imkanlarını araşdırır.
FinFly xəbər verir ki, Səudiyyə Ərəbistan ilə Pakistan arasında strateji qarşılıqlı müdafiə sazişinin imzalanması kontekstində bunu "The Wall Street Journal" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı ilə Pakistan arasında yeni razılaşma regionda qüvvələr balansını dəyişə bilər və bu, ABŞ-nin Yaxın Şərqdəki köhnə tərəfdaşının milli təhlükəsizlik məsələlərində Vaşinqtona olan asılılığını aradan qaldırmaq istədiyini göstərir.
Qəzet xatırladır ki, Ər-Riyad və İslamabad arasında sazişin imzalanması İsrailin Dohada HƏMAS rəhbərliyinə hava zərbəsi endirməsindən bir həftə sonra baş verib. Bu hadisə ABŞ-nin İsraili İranın qarşısını almaq üçün Yaxın Şərq sisteminə inteqrasiya etmək planlarına zərbə vurub.
Qeyd edək ki, çərşənbə günü Pakistan və Səudiyyə Ərəbistanı strateji qarşılıqlı müdafiə sazişi imzalayıblar. Sazişə əsasən, hər hansı bir ölkəyə edilən hücum digərinə qarşı da təcavüz kimi qiymətləndiriləcək. Bu sənəd iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişafına yönəlib.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
