Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Quterreş Hindistan və Pakistan arasında artan gərginlikdən narahatlığını ifadə edib - FinFly

BMT Baş katibi Antoniu Quterreş Hindistan və Pakistan arasında artan gərginlikdən narahatlığını ifadə edib.

FinFly xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərə açıqlama verən baş katib, 22 aprel tarixində Hindistanın nəzarətində olan Cammu və Kəşmirdəki Pahalgam bölgəsində baş verən terror aktından sonra bölgədəki emosional vəziyyətin nəzarət altına alınmasının vacibliyinə diqqət çəkib: "Mən bir daha həmin hücumu qətiyyətlə pisləyirəm və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Dinc sakinləri hədəfə almaq qəbuledilməzdir. Bu dəhşətli cinayəti törədənlər şəffaf, etibarlı və qanuni vasitələrlə məsuliyyətə cəlb olunmalıdır".

A.Quterreş bildirib ki, hazırkı kritik məqamda hərbi qarşıdurmadan çəkinmək son dərəcə vacibdir: "İndi maksimum təmkin göstərmək və uçurumun kənarından geri çəkilmək zamanıdır. Unutmayaq ki, hərbi müdaxilə həll yolu deyil. Mən sülh naminə hər iki hökumətə vasitəçi kimi xidmət göstərməyə hazıram. BMT gərginliyin azaldılmasına, diplomatiyanın gücləndirilməsinə və sülhə sadiqliyin yenilənməsinə yönəlmiş hər bir təşəbbüsü dəstəkləməyə hazırdır".