03 Snt, 2025 15:30
Dünyada qızılın qiyməti yenidən tarixi maksimumunu yeniləyib.
FinFly xəbər ki, Nyu-York Əmtəə Birjasında qızılın dekabr fyuçersləri bir unsiyaya görə 3600 dollar 25 sentə çatıb. Beləcə, qızılın qiymətləri yeni rekord səviyyəyə çatıb.
Analitiklərin bildirdiyinə görə, dolların zəifləməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini aşağı salacağı ilə bağlı artan gözləntilər qiymətli metallara marağı artırıb.
Qeyd edək ki, Amerikanın maliyyə tənzimləyicisinin həlledici iclasının 16-17 sentyabr tarixlərində keçiriləcəyi gözlənilir.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
