Son 5 il ərzində Qırğızıstanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərlə ticarət dövriyyəsi demək olar ki, iki dəfə artıb.
FinFly xəbər verir ki, bunu Qırğızıstanın Prezidenti Sadır Japarov TDT-nin Budapeştdə keçirilən qeyri-rəsmi zirvə toplantısında çıxışı zamanı bildirib.
"Son dörd ildə Qırğızıstanın təşkilata üzv ölkələrlə ticarət dövriyyəsi demək olar ki, iki dəfə artıb ki, bu da, şübhəsiz, bizi sevindirir. Qırğız Respublikası ticarət, iqtisadiyyat, nəqliyyat, energetika və rəqəmsallaşma kimi sahələrdə fəal əməkdaşlığa hər zaman açıqdır", – deyə Prezident bildirib.
Japarov qeyd edib ki, TDT ölkələri arasında rəqəmsal iqtisadiyyat sahəsində tərəfdaşlıq haqqında sazişin gerçəkləşdirilməsi təşkilata üzv dövlətlər arasında ticarət dövriyyəsinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.
Bundan əlavə, dövlət başçısı vurğulayıb ki, yaxın vaxtlarda layihə fəaliyyətinə başlayacaq Türk İnvestisiya Fondu ticarət və logistika, infrastruktur, rəqəmsal iqtisadiyyat, energetika, sənaye, turizm və sahibkarlıq sahələrində layihələrin dəstəklənməsində əsas rol oynayacaq.
Son xəbərlər
-
21 Ynv, 2026
"Azər-Türk Bank"a yeni sədr təyin edilib...
-
21 Ynv, 2026
Özbəkistana məxsus təyyarə qəza enişi edib...
-
21 Ynv, 2026
Azərbaycan neft məhsullarının ixracını artırıb...
-
21 Ynv, 2026
Цена на золото впервые превысила $4 880...
