Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi ilə SpaceX şirkətinin törəmə qurumu olan Starlink Astana şəhərində əməkdaşlıq sazişi imzalayıblar.
FinFly-ın nazirliyə istinadən verdiyi məlumata görə, Qazaxıstan əhalisi üçün Starlink peyk terminallarının satışına rəsmi olaraq başlanılmasını nəzərdə tutur — satışların 2025-ci ilin üçüncü rübündə başlaması gözlənilir.
"Layihənin reallaşdırılması ölkənin uzaq və çətin keçilən bölgələrinin yüksək sürətli peyk interneti ilə təmin olunması baxımından mühüm addım olacaq. Bu, rəqəmsal əlaqəliliyin gücləndirilməsinə və telekommunikasiya infrastrukturunun inkişafı üçün yeni imkanların yaradılmasına şərait yaradacaq", – deyə Rəqəmsal İnkişaf Nazirliyi bildirilib.
Qeyd edək ki, Starlink Qazaxıstanda indiyə qədər yalnız pilot rejimdə fəaliyyət göstərib və internet xidmətləri yalnız məktəblərə təqdim olunub. Əhali üçün bu xidmət rəsmi olaraq əlçatan deyildi.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
