Qazaxıstan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu marşrutu vasitəsilə yük daşımalarının həcminin artırılması ilə bağlı razılığa gəlib.
Bu barədə FinFly "Qazaxıstan Dəmir Yolları"na istinadən xəbər verib.
Müvafiq saziş Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində "Qazaxıstan Dəmir Yolları" və “TCDD Taşimacilik A.Ş.” şirkəti arasında imzalanıb.
Sənəd Orta Dəhlizin inkişafına və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş bir sıra birgə tədbirləri əhatə edir.
Sazişdə əsas diqqət BTQ ilə yük daşımalarının həcminin artırılmasına yönəlib. Şirkətlər Qazaxıstan və Türkiyə arasında müntəzəm dəmir yolu əlaqəsinin təşkil edilməsi, Çin və Avropa/Afrika arasında hər iki istiqamətdə yük daşımalarının ötürmə qabiliyyətinin genişləndirilməsi ilə bağlı razılığa gəlib. Bundan əlavə, yüklərin sərhədlərdən sürətli keçidini təmin etmək məqsədilə gömrük və inzibati nəzarət sadələşdiriləcək.
Eyni zamanda, rəqəmsallaşmaya da xüsusi diqqət yetirilib: tərəflər konteynerlərin və dəmiryol hərəkət tərkibinin izlənməsi üçün rəqəmsal alətlər və elektron sənəd dövriyyəsi tətbiq etmək niyyətindədirlər.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
