Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Qazaxıstan-Azərbaycan dövlətlərarası münasibətlərinə həsr olunmuş xatirə sikkəsi buraxıla bilər - FinFly

Qazaxıstan və Azərbaycan dövlətlərarası münasibətlərinə həsr olunmuş xatirə sikkəsinin buraxılmasını müzakirə edib.

FinFly xəbər verir ki, bununla bağlı müzakirələr Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayella keçirilən görüşdə aparılıb.

Səfir Kazımova mayın 27-də Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Mərkəzi Banklarının Şurasının I iclasına dəvətnamə təqdim edib. AMB sədri bu tədbirdə iştirak edəcəyini təsdiqləyib və, Şuranın yaradılması təşəbbüsünü Qazaxıstanın irəli sürdüyünü vurğulayıb. O, həmçinin, iki ölkənin mərkəzi bankları təcrübə mübadiləsi və beynəlxalq platformalarda uğurla əməkdaşlıq etdiyini qeyd edib.

Görüşdə diplomat iki ölkənin münasibətlərinin bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu qeyd edib. Onun sözlərinə görə, Qazaxıstanın Milli Bankı, həmçinin Maliyyə Bazarlarını Tənzimləmə və İnkişaf Agentliyi və Astana Beynəlxalq Maliyyə Mərkəzi AMB ilə səmərəli münasibətlər qurublar.